Azərbaycan Turizm və Menecment Universiteti beynəlxalq əlaqələrini genişləndirir

Azərbaycan Turizm və Menecment Universiteti beynəlxalq əlaqələrini genişləndirir Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Biznes idarəçiliyi fakültəsinin dekanı vəzifəsini icra edən, dosent Vüqar Nəzərov və Menecment kafedrasının baş müəllimi Fuad Cabbarov Rusiya Ali Məhkəməsinin nəzdində fəaliyyət göstərən Rusiya Dövlət Ədalət Universitetinin Şimal-Qərb filialının təşkilatçılığı ilə keçirilən beynəlxalq elmi-praktik konfransda iştirak ediblər.
Səfər çərçivəsində universitetin əməkdaşları Rusiya Dövlət Ədalət Universitetinin Şimal-Qərb filialının rektoru, professor Yaroslav Jalobovla görüşüblər. Görüşdə iki ali təhsil müəssisəsi arasında əməkdaşlıq memorandumu imzalanıb. Həmçinin beynəlxalq əməkdaşlıq çərçivəsində danışıqlar aparılıb və qarşılıqlı xidmət mübadilələri müzakırə edilib.
Sankt–Peterburq şəhərində keçirilən tədbir “Səhiyyə sahəsində hüquqi məsuliyyət: nəzəri və praktik məsələlər” mövzusuna həsr olunub. Beynəlxalq əhəmiyyətli tədbir hər il Rusiya Federasiyasını təmsil edən ali təhsil müəssisələrinin, qanunverici, federal icra hakimiyyəti orqanlarının, federal hakimlərin, hüquq-mühafizə orqanları əməkdaşlarının, prokuror və vəkillərin iştirakı ilə Rusiyanın müxtəlif şəhərlərində təşkil olunur. Beynəlxalq konfransda MDB–nin universitetlərindən iştirakçı nümayəndələr müxtəlif mövzularda məruzələrlə çıxış ediblər.

Tehsil-press.az

Oxşar xəbərlər