Elmar Məmmədyarov: Təhlükəsizlik sahəsində əməkdaşlıq Aİ ilə qarşılıqlı dialoqumuzda önəmli bir ölçü olacaq

Elmar Məmmədyarov: Təhlükəsizlik sahəsində əməkdaşlıq Aİ ilə qarşılıqlı dialoqumuzda önəmli bir ölçü olacaq Avropa İttifaqının (Aİ) "bir ölçü hamıya uyğundur" yanaşmasını tərk edərək Qonşuluq Siyasətinə yenidən baxış sərgiləməsi xoş bir addımdır.
Bunu xarici işlər naziri Elmar Məmmədyarov "Şərq Tərəfdaşlığı (ŞT) üçün yeni siyasi baxış" mövzusunda yüksək səviyyəli nazirlər seminarında deyib.
Nazir deyib ki, Aİ ölkələrin ehtiyac və istəklərinə əsaslanmalı olan fərqləndirmə və xüsusi hazırlanmış tərəfdaşlıq anlayışını əlavə etməyə çalışdı:
"Bu ölkələrin öz seçimləri olmalıdır, Aİ-nin seçimi yox. İndi Azərbaycan, Avropa İttifaqı ilə özünəməxsus və fərqlənən gündəliyi həyata keçirmək üçün Aİ-dən çoxsaylı fərqləndirmə yollarını gözləyir. ŞT-in gələcək prosesini biz belə görürük.
Hər bir tərəfdaşın iqtisadi inkişaf, geostrateji yerləşmə və regional təhdidlər üçün resursların təsiri altında formalaşan müxtəlif inkişaf strategiyaları və baxışları ola bilər. Məsələn, Azərbaycan ŞT tərəfdaşları arasında Aİ-nin ən böyük investorudur, lakin heç vaxt ŞT-da "qabaqlayıcı" statusununa iddia etməyib.
Önəm verdiyimiz ümumbəşəri dəyərlər mütləq gündəliyimizdə qalacaqdır. Bir ölkə digər ölkənin ərazilərinin 20%-i işğal edib, əhalisinin 1 milyondan çoxunu qaçqın və məcburi köçkünə çevirib, özünü demokratik adlandıra bilməz.
ŞT-nin strukturlaşdırılmış dialoqu vaxtında həyata keçirilən bir çalışmadır. Ancaq burada Aİ, ŞT prosesinin cəlbedici və canlı olmasını istəyirsə, tərəfdaş ölkələrə daha yaxşı qulaq asmalıdır. Təhlükəsizlik sahəsində əməkdaşlıq, böyük ehtimal ilə, Aİ ilə qarşılıqlı dialoqumuzda önəmli bir ölçü olacaqdır. Azərbaycan kiber təhlükəsizlik, enerji infrastrukturunun təhlükəsizliyi, habelə radikallaşmanın, həll olunmamış münaqişələrin, zorakı ekstremizm və terrorizmin qarşısının alınması və onlara qarşı mübarizənin aparılması kimi hibrid təhdidlərdən yaranan təhlükəsizlik problemlərinin həllində səylərini müəyyənləşdirmək və genişləndirmək üçün Avropanın geniş Xəzər dənizi və Orta Asiyaya açılan qapısıdır".

Tehsil-press.az

Oxşar xəbərlər