
Tədbir Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”ndan irəli gələn tapşırıqların icrasını təmin etmək məqsədilə təşkil olunub.
Müəssisənin iqtisadiyyatı kafedrasının müdiri, dosent Əli Hacıyev, kafedranın dosenti Sahib Məmmədov, ASC-nin iqtisadi xidmət strukturlarının rəhbər işçiləri və mütəxəssislərinin iştirak etdiyi tədbirdə ixrac potensialının formalaşması və inkişafını müəyyənləşdirən əsas amillərdən danışılıb. İxrac potensialından istifadənin daha səmərəli istiqamətinin müəyyən edilməsi, elmi-texniki tərəqqinin inkişafı və ekoloji siyasətin təkmilləşdirilməsi istiqamətində müzakirələr aparılıb.
Sonda müasir mərhələdə müəssisənin ixrac potensialının artırılması ilə əlaqədar əməli təkliflər irəli sürülüb.
UNEC-in Mətbuat Xidməti