
Görüşdə universitetin 12 müəllimi təkliflərlə çıxış edib. Onların tədrisin keyfiyyətinin artırılması, dərs vəsaitlərinin, imtahan prosesinin daha da təkmilləşdirilməsi, tələbə mobilliyinin təmin edilməsi, tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsi və digər istiqamətlərdə təklifləri dinlənilib, müzakirələr aparılıb.
Rektor bır sıra təkliflərin həyata keçirilməsi istiqamətində müəllimlərə tövsiyələrini verib, onları bu işdə daha fəal və təşəbbüskar olmağa çağırıb.
UNEC-in Mətbuat Xidməti