Azərbaycan Texniki Universitetində “Sosial layihələr” müsabiqəsinin təqdimatı olub

Azərbaycan Texniki Universitetində “Sosial layihələr” müsabiqəsinin təqdimatı olub “Regional İnkişaf” İctimai Birliyinin 2019-cu il üzrə elan etdiyi “Sosial layihələr” müsabiqəsi ilə bağlı Azərbaycan Texniki Universitetində (AzTU) təqdimat keçirilib.
Təqdimatda müsabiqədə iştirak şərtləri, müraciət qaydaları, qeydiyyatdan keçmək üçün tələb olunan sənədlər, layihənin əhatə etdiyi mövzular barədə məlumat verilib.
Qeyd edilib ki, müsabiqəyə təqdim olunan layihələr cəmiyyət üzvlərinin fiziki, sosial, intellektual və mənəvi inkişafının təmin edilməsinə, həyat və sağlamlığının qorunmasına, elm və təhsilin inkişafına, innovativ ideyaların reallaşdırılmasına və maarifləndirmə işinin təkmilləşdirilməsinə, təbiət və ətraf mühitin mühafizəsinə, cəmiyyətdə tolerant və inklüziv mühitin qorunmasına və bu sahədə bərabər imkanlar yaradılmasına dair təşəbbüsləri əhatə edir.
Hazırda müsabiqəyə layihə qəbulu davam edir. Layihələrin qeydiyyatı http://musabiqe.riib.az/ elektron sistemi vasitəsilə onlayn qaydada həyata keçirilir.

Tehsil-press.az


Oxşar xəbərlər