Azərbaycan Dillər Universitetində “YARAT”ın təqdimatı olub

Azərbaycan Dillər Universitetində “YARAT”ın təqdimatı olub Azərbaycan Dillər Universitetində “YARAT” Müasir İncəsənət Məkanının təqdimatı olub.
Tədbirdə “YARAT”ın təhsil proqramları üzrə meneceri Ruqiyyə Salmanova təmsil etdiyi mərkəz haqqında ümumi məlumat verərək, təşkilatın həyata keçirdiyi layihələrdən, maarifləndirici tədbirlərdən, müasir incəsənətlə yaxından tanış olmaq üçün yaratdığı imkanlardan söhbət açıb.
R.Salmanova ART könüllü proqramı barədə də danışıb. Qeyd edib ki, proqram müxtəlif layihələrdə iştirak etməklə yanaşı, təsviri incəsənət, teatr, kino, musiqi və incəsənətin digər sahələrində layihələr üzrə təcrübə qazanmaq imkanı yaradır.
Təqdimatın sonunda ADU-nun rektorunun məsləhətçisi Anar Osmanlı çıxış edərək tələbələri “YARAT”ın layihələrində fəal iştirak etməyə çağırıb.

ADU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər