Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “Bir” Tələbə-Könüllü Proqramının təqdimatı olub

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində  “Bir” Tələbə-Könüllü Proqramının təqdimatı olub Noyabrın 16-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Bir” Tələbə-Könüllü Proqramının təqdimat mərasimi keçirilib.
Tədbirdə universitetin tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev “Bir” Tələbə-Könüllü Proqramının əhəmiyyətini vurğulayıb, tələbələri bu proqramda fəal iştirak etməyə çağırıb.
“Bir” Tələbə-Könüllü Proqramının Təhsil Nazirliyinin təşəbbüsü ilə yaradıldığını söyləyən proqramın meneceri Canoğlan İlyasov bu layihə ilə bağlı geniş məlumat verib. Bildirilib ki, bu proqram ölkədə bir sıra irimiqyaslı tədbirlərin planlaşdırıldığı və bu tədbirlərin təşkilində tələbə könüllülərin böyük rolunun olduğu nəzərə alınmaqla tələbə-könüllülərlə işin təşkilinin sistemləşdirilməsi, vahid məlumat bazasının yaradılması, tələbələrin könüllü fəaliyyətlə məşğul olmalarının stimullaşdırılması məqsədilə yaradılıb.
Sonra tələbələr üçün altı müxtəlif istiqamətdə (öyrən, öyrət, yaşa, yaşat, kəşf et, zövq al) fəaliyyət göstərən proqram çərçivəsində keçirilmiş təlimlər, seminarlar, komanda turları, festivallar, xeyriyyə aksiyaları və s. barədə videoçarx nümayiş olunub.
Tələbələrin iştirakı ilə viktorina keçirilib.

ADNSU-nun Mətbuat Xidməti


Azərbaycan Dövlət Neft və Sənaye Universitetində  “Bir” Tələbə-Könüllü Proqramının təqdimatı olubAzərbaycan Dövlət Neft və Sənaye Universitetində  “Bir” Tələbə-Könüllü Proqramının təqdimatı olubAzərbaycan Dövlət Neft və Sənaye Universitetində  “Bir” Tələbə-Könüllü Proqramının təqdimatı olub

Oxşar xəbərlər