Tacikistanda 2019-2020-ci tədris ili üzrə təqaüd proqramı

Tacikistanda 2019-2020-ci tədris ili üzrə təqaüd proqramı Tacikistanın Təhsil və Elm Nazirliyi 2019-2020-ci tədris ili üzrə Azərbaycan vətəndaşları üçün təqaüd proqramı elan edib.
Bakalavriat, magistratura və doktorantura pillələri üzrə elan edilən təqaüd proqramının tədris dili rus dilidir.
Təqaüd proqramına iddiaçılar mayın 26-dək Azərbaycan Respublikası Təhsil Nazirliyinin elektron ərizə sisteminə (https://www.app.htp.edu.az) müraciət etməlidirlər.
Elektron qeydiyyatı düzgün şəkildə tamamlamış, elanın ümumi tələblərinə cavab verən namizədlər fərdi şəkildə keçiriləcək müsahibəyə dəvət olunacaqlar.
Tələbələrin təqaüd proqramına qəbulu ilə bağlı yekun qərarın 2019-cu ilin avqust ayında veriləcəyi gözlənilir.
Təqaüd proqramı barədə daha ətraflı elan vasitəsilə tanış olmaq mümkündür.

Tehsil-press.az

Oxşar xəbərlər