Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında hazırlıq kursları təşkil edilib

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında hazırlıq kursları təşkil edilib Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında (ADRA) Dövlət İmtahan Mərkəzinin proqramı üzrə xarici ölkələrin incəsənət universitetlərinə və magistraturalarına, Azərbaycanın incəsənət kolleclərinə qəbul olmaq istəyənlər üçün hazırlıq kursları təşkil edilib.
Kurslar memarlıq, interyer, sənaye, geyim və qrafika dizaynları, xalça, qobelen, batika, keramika, şüşə, metal, zərgərlik sənəti, rəngkarlıq, heykəltəraşlıq, foto, incəsənət nəzəriyyəsi sahələrini əhatə edir.
Kurs proqramını tam bitirənlərə ADRA-nın sertifikatları veriləcək.

Tehsil-press.az

Oxşar xəbərlər