
Qeydiyyat prosesi başa çatdıqdan sonra, noyabrın 23-də kurslara yazılan tələbələr arasında sınaq imtahanı keçiriləcək. Bu imtahanın nəticəsinə əsasən tələbələrin bilik səviyyələrinə uyğun qruplar yaradılacaq.
İki mərhələdən ibarət olan kursların birinci mərhələsi dekabrın 1-dən gələn il fevralın 15-dək, ikinci mərhələsi isə gələn il martın 1-dən iyunun 30-dək təşkil olunacaq.
Qeyd edək ki, tələbələrin magistraturaya qəbul imtahanında müvəffəqiyyət səviyyəsinin artırılması məqsədilə yaradılan kurslar AzTU-da ötən tədris ilində də təşkil olunub. Kurslarda iştirak edən tələbələrin 89 faizi magistraturaya qəbul imtahanından müvəffəqiyyətlə keçib.
AzTU-nun Mətbuat Xidməti

