Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının xüsusi qonağı Rusiya Federasiyası Baş Nazirinin müavini Olqa Qolodets olmuşdur

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının xüsusi qonağı Rusiya Federasiyası Baş Nazirinin müavini Olqa Qolodets olmuşdur Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının xüsusi qonağı Rusiya Federasiyası Baş Nazirinin müavini Olqa Qolodets olmuşdur. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında olduq və mən bu təhsil müəssisəsində aparılan tədris prosesinə, sizin çoxlu sayda istedadlı gənclərə və onlara dərs deyən peşəkar pedaqoqlara sadəcə heyran oldum. İrəliyə doğru addımlar məhz ənənələrə böyük ehtiram və buna əsaslanan yaxşı, keyfiyyətli məktəb bazasında atılır. Biz qarşılıqlı faydalı əlaqələrin qurulması üçün bütün tədbirləri həyata keçirəcəyik, sizin istedadlı tələbələri İ. E.Repin adına Sankt-Peterburq Dövlət Akademik Rəngkarlıq, Heykəltəraşlıq və Memarlıq Institutuna dəvət edəcəyik. Bununla yanaşı, burada ustad dərsləri keçirməyi, iki ölkənin incəsənət və humanitar sahələrdə əməkdaşlığının inkişafı naminə yaxşı əməkdaşlıq proqramı hazırlamağı nəzərdə tuturuq”, - deyə Rusiya hökuməti sədrinin müavini əlavə edib.

Mətbuat Xidməti

Oxşar xəbərlər