Atambayevə qarşı yeni ittiham irəli sürüldü

Atambayevə qarşı yeni ittiham irəli sürüldü Qırğızıstanın həbsdə olan keçmiş Prezidenti Almazbek Atambayevə qarşı yeni ittiham irəli sürülüb.
Bu barədə “İnterfaks” eks-dövlət başçısının vəkili Zamir Jooşeva istinadən məlumat yayıb.
Qeyd olunur ki, Atambayev öz evində “Alfa” xüsusi təyinatlı dəstə komandirinin müavini Usenbek Niyazbekovu öldürməkdə ittiham olunur. Müstəntiqlər iddia edirlər ki, o, snayper tüfəngindən açılan atəş nəticəsində qətlə yetirilib.
Vəkilin sözlərinə görə, “Alfa”nın əməkdaşları Milli Təhlükəsizlik Dövlət Komitəsinin (QKNB) cinayət əmrlərini yerinə yetiriblər: “Atambayevin əleyhdarları bütün işləri onun üstünə atmağa çalışırlar”.
Qeyd edək ki, 63 yaşlı A. Atambayev hazırda Milli Təhlükəsizlik Komitəsində saxlanılır.

Tehsil-press.az

Oxşar xəbərlər