Atambayevə qarşı rəsmi ittiham irəli sürüldü

Atambayevə qarşı rəsmi ittiham irəli sürüldü Qırğızıstanın ek-prezidenti Almazbek Atambayevə qarşı rəsmi ittiham irəli sürülüb.
Keçmiş prezident dövlət çevrilişinə cəhddə və qətl törətməkdə günahlandırılıb. Bu barədə Baş Prokurorluğun Operativ-axtarış Xidməti və İstintaq Fəaliyyəti üzrə rəisi Zamir Beyşekeyev məlumat verib. Bundan başqa, Atambayev kütləvi qarışıqlıq yaratmaqda, qətldə və ölümə səbəb olmaqda ittiham edilir.
O həmçinin, hökumət nümayəndələrinin girov götürülməsində, onlara qarşı zorakılıq tətbiq etməkdə günahlandırılır. Atambayevə ömürlük həbs veriləcəyi gözlənilir.

Tehsil-press.az



Oxşar xəbərlər