Azərbaycan neftinin qiyməti dəyişdi

Azərbaycan neftinin qiyməti dəyişdi CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 70,86 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,67 dollar/barel çoxdur.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 69,39 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,66 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 61,95 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,67 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 67,69 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,85 dollar/barel çoxdur.

Tehsil-press.az

Oxşar xəbərlər