Əli Əsədov Dövlət Neft Fondunun Müşahidə Şurasına sədr seçilib

Əli Əsədov Dövlət Neft Fondunun Müşahidə Şurasına sədr seçilib Nazirlər Kabinetində Dövlət Neft Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.
İclasda Azərbaycan Respublikası Prezidentinin Dövlət Neft Fondu Müşahidə Şurasının yeni tərkibi haqqında Sərəncamından irəli gələn tapşırıqların yerinə yetirilməsi ilə bağlı məsələlər müzakirə edilib.
Baş Nazir Əli Əsədov Müşahidə Şurasına sədr seçilib. Dövlət Neft Fondunun 2020-ci il üçün büdcə layihəsi və digər məsələlər müzakirə olunub.

Tehsil-press.az

Oxşar xəbərlər