
III və IV kursda pedaqoji ixtisas üzrə təhsil alan tələbələr də olimpiadada biliklərini yoxlayıblar. İxtisaslarına dərindən yiyələnən gələcəyin müəllimləri fəallıqları ilə yadda qalıblar.
Qeyd edək ki, dekabrın 21-də Azərbaycan Dövlət Pedaqoji Universitetində tələbələrlə yanaşı, hazırda işləyən və yaxud da ixtisası müəllimlik olan şəxslər öz biliklərini sınayacaqlar.
Respublikamızı əhatə edəcək layihənin növbəti mərhələsi Sumqayıt, Lənkəran və Gəncədı təşkil olunacaq. 9 ixtisas üzrə keçiriləcək olimpiadada 500-dək şəxs final mərhələsinə vəsiqə qazanacaq. Sonuncu turdan sonra qaliblərə hədiyyələr təqdim olunacaq.
Layihədən iştirak etmək istəyənlər https://taim.az/olimpiada bölməsində qeydiyyat formasını dolduraraq qeydiyyatdan keçə bilərlər.
ADU-nun Mətbuat Xidməti