Bu gün Mədəniyyət Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) birgə təşkilatçılığı ilə “Prezident İlham Əliyevin siyasəti: mədəniyyətlərarası və dinlərarası harmoniya” mövzusunda konfrans keçirilib.
ADA Universitetinin prorektoru Fariz İsmayılzadənin moderatorluğu ilə keçirilən konfransda Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızda dövlət-din münasibətlərinin inkişaf dinamikası, dövlətin dinə qayğısı, xalqımızın multikulturalizm və tolerantlıq ənənələrinin təbliği və təşviqi sahəsində görülən işlər, Azərbaycanın müxtəlif mədəniyyətlər və dinlər arasında əlaqələrin genişlənməsinə verdiyi töhfələr, eləcə də bu sahədə qarşıda duran məsələlər müzakirə edilib.
Tədbirdə çıxış edən Mədəniyyət naziri Əbülfəs Qarayev deyib ki, Bakı Mədəniyyətlərarası Forumu ötən 10 ildə elə bir nüfuz qazanıb ki, artıq nə beynəlxalq təşkilatlar, nə də hər hansı bir dövlət bu nüfuzu şübhə altına sala bilməz.
Nazir bildirib ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın sayəsində 13 qeyri-maddi və 3 mədəni irsimiz UNESCO-nun siyahısına daxildir. Azərbaycan dünyada təkcə neft ölkəsi deyil, həm də mədəniyyət, tarix, tolerantlıq nümayiş etdirir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı isə çıxışında bildirib ki, bu tədbir Prezident İlham Əliyev tərəfindən Mədəniyyətlərarası və Sivilzasiyalararası münasibətlərlə bağlı həyata keçirilən siyasətə həsr olunub: "Azərbaycan ayrı-ayrı sivilzasiyaların, mədəniyyətlərin qovşağında yerləşən bir ölkədir. Prezident İlham Əliyevin siyasətində mədəniyyətlər, sivilzasiyalararası münasibətlər məsələsi önəmli yerlərdən birini tutur. Bakı şəhərində bununla bağlı çoxsaylı tədbirlər keçirilib. Azərbaycan Bakı prosesinin həyata keçirilməsində rol oynayan ölkədir. Eyni zamanda, mədəniyyətlərarası dialoq məsələsində Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə həm Azərbaycanda, həm də Azərbaycandan kənarda çoxsaylı tədbirlərə imza atılıb".
M.Qurbanlı vurğulayıb ki, bugünkü dünyamızda mədəniyyətlərarası, sivizasiyalararası münasibətlərin daha da gücləndirilməsi çox vacibdir: "Çünki müasir dünyamızı təhdid edən bir sıra məsələlər var ki, bunların həll edilməsində dialoqun gücləndirilməsi vacib elementlərdən biri sayılır. Qafqaz Müsəlmanları İdarəsinin xətti, həm Dini Komitənin və müxtəlif nümayəndələrin iştirakı ilə bu sahədə bir çox tədbirlər həyata keçirilib. Dini Liderlərin Birinci Sammiti, bu yaxınlarda isə Dini Liderlərin İkinci sammiti keçirilib və Bakı bəyannaməsi qəbul edilib. Bütövlükdə, bu tədbirlərin çox böyük əhəmiyyəti var. Bu tədbirlər Azərbaycanın multikultural dəyərlərinin dünyaya çatdırılmasında əhəmiyyətli yer tutur".
Tehsil-press.az