“Kim deyir ki, Məhsətinin sevgilisi olmayıb?” – Şərif Ağayar

“Kim deyir ki, Məhsətinin sevgilisi olmayıb?” – Şərif Ağayar “Sənətə bu cür yanaşmaq olmaz. Nə qədər belə yanaşacağıqsa, film çəkə bilməyəcəyik”.

Bu sözləri açıqlamasında yazıçı Şərif Ağayar Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) nəzdindəki Bədii Şuranın “Məhsəti” qısametrajlı bədii filminin nümayişini məqsədəuyğun hesab etməməsi barədə danışarkən deyib.

“Mütləq şəkildə yayımlanmalı idi. Bu, bədii filmdir, rejissorun yozumudur. O, elə tanıyır, elə görür. İşinə qarışanda heç bir rejissor yaxşı film çəkə bilməz.

Kim tanıyır Məhsəti Gəncəvini? Kim görüb? Kim əmindir ki, onun sevgilisi olmayıb? Bədii Şura bilir? Boş-boş danışırlar. Sadəcə biabırçılıqdır”, – o bildirib.

Xatırladaq ki, Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) nəzdindəki Bədii Şura “Məhsəti” qısametrajlı bədii filminin nümayişini məqsədəuyğun hesab etməyib. Qeyd edilib ki, rejissor və ssenari müəllifi Suad Qara tərəfindən hazırlanan filmdə ədəbiyyat irsimizə hörmətsizlik, Azərbaycanın klassik ədəbi-mədəni tarixində xüsusi mövqeyə malik olan Məhsəti Gəncəvi obrazının bədii təqdimatında ciddi təhriflərə yol verilir, etik-normativ çərçivələrə açıq etinasızlıq nümayiş etdirilir.

Suad Qara sabiq mədəniyyət naziri Əbülfəs Qarayevin qızıdır.

Tehsil-press.az

Oxşar xəbərlər