Əbülfəs Qarayev: Azərbaycan dünyada mədəniyyətlərarası dialoqun qurulumasına mühüm töhfə verir

Əbülfəs Qarayev: Azərbaycan dünyada mədəniyyətlərarası dialoqun qurulumasına mühüm töhfə verir Azərbaycan dünyada mədəniyyətlərarası dialoqun qurulumasına mühüm töhfə verir.
Bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakıda keçirilən V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində nazirlərin görüşü zaman deyib
Ə.Qarayev bildirib ki, Azərbaycanın qlobal əhəmiyyət kəsb edən beynəlxalq tədbirlərə ev sahibliyi etməsi bir ənənə halına çevrilib. Nazirin sözlərinə görə, Azərbaycanın bu fəaliyyəti beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir:
“BMT-nin Baş katibi bizim bu forumu mədəniyyətlərarası dialoq üçün mühüm platforma adlandırıb. Bundan əvvəl Bakıda keçirilən son 4 forum da dinlərin rolu, dayanıqlı inkişaf, təhlükəsizlik kimi mühüm mövzuları əhatə edib”.
Ə.Qarayev vurğulayıb ki, mədəniyyətlərarası dialoq Şərqlə Qərb, Şimalla Cənub arasında əlaqələrin qurulmasına mühüm töhfə verir:
“Azərbaycan bundan sonra da mədəniyyətlərarası dialoqa töhfə verməkdə davam edəcək”.
Qeyd edək ki, mayın 2-də Heydər Əliyev Mərkəzində “Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” şüarı altında V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb.
İki gün davam edəcək Forum Azərbaycan hökumətinin təşkilatçılığı, UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası və ISESCO-nun tərəfdaşlığı ilə keçirilir. Tədbirdə 100-dən çox ölkənin və 30-dan çox beynəlxalq təşkilatın yüksəksəviyyəli rəsmiləri iştirak edirlər.

Tehsil-press.az

Oxşar xəbərlər