Rektor könüllüləri əlamətdar gün münasibətilə təbrik edib, onlara işlərində uğurlar arzulayıb. Bildirib ki, BDU-nun ictimai-sosial və təlim-tədris prosesinin təşkilində yaxından iştirak edən könüllülərin fəaliyyəti Universitetin adının daha da yüksəlməsinə və inkişafına xidmət edir. Könüllülər BDU-nu müxtəlif istiqamətlərdə təmsil edərək, həm fərdi inkişaflarına, həm də Universitetin işinə əvəzsiz töhfə verirlər. BDU ailəsinin ayrılmaz parçasına çevrilən “BDU könüllüləri” təşkilatı 2000-dən çox üzvü öz ətrafında birləşdirir.
2019-cu ildən bəri təşkilatın 27 üzvü BDU-nun əməkdaşı kimi çalışmağa başlayıb.
Görüşün sonunda xüsusi fəallığı ilə seçilən BDU könüllülərinə təşəkkürnamələr təqdim olunub.
Tehsil-press.az









