Son bir il ərzində Gömrük Akademiyasında 700-dən artıq gömrük xidməti əməkdaşı təlimlərdən keçib

Son bir il ərzində Gömrük Akademiyasında  700-dən artıq gömrük xidməti əməkdaşı təlimlərdən keçib Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi Qulu Novruzov bildirib ki, Akademiyanın fəaliyyətinin bir istiqaməti də gömrük xidməti əməkdaşlarının peşəkar hazırlığının təkmilləşdirilməsi, xidmət səviyyəsinin yüksəldilməsini təmin etməkdir.
“Gömrük xidməti əməkdaşlarının peşə bacarıqlarının artırılması və göstərilən xidmət səviyyəsinin yüksəldilməsi son bir il yarım ərzində gömrük xidmətində aparılan köklü islahatların prioritet istiqaməti kimi müəyyən olunub. Azərbaycan Respublikasının gömrük xidməti əməkdaşlarının peşəkar hazırlığının artırılması, xidmət səviyyəsinin yüksəldilməsi, vətəndaş məmnunluğunun təmin olunması, tam şəffaflığın təmin edilməsi, ümumilikdə gömrük xidməti fəaliyyətinin təkmilləşdirilməsi və müasir tələblər əsasında qurulması məqsədilə Dövlət Gömrük Komitəsinin Akademiyasında 2019-cu ildə gömrük xidməti əməkdaşları üçün müxtəlif mövzuları əhatə edən çoxsaylı qısamüddətli təlim proqramları həyata keçirilib. Son bir il ərzində 700-dən artıq gömrük xidməti əməkdaşı yerli və xarici təlimçilər tərəfindən aparılan təlimlərdən keçib. Bu təlimlər Dövlət Gömrük Komitəsi, müxtəlif dövlət qurumları, həmçinin xarici və beynəlxalq tərəfdaş qurumlarından dəvət olunmuş ekspertlər tərəfindən aparılıb. Gömrük xidməti orqanlarında aparılan islahatlardan irəli gələn çağırışlara cavab verən təlimlər Dövlət Gömrük Komitəsinin Akademiyasında forma, məzmun və tədris texnologiyaları baxımından Dövlət Gömrük Komitəsi və Komitənin müvafiq strukturlarının ehtiyacları nəzərə alınaraq zəruri biliklərin aşılanması üçün müxtəlif istiqamətlərdə təşkil edilir. Eyni zamanda gömrük xidmətində əməkdaşların etik davranışları və mənəvi keyfiyyətinin əhəmiyyəti nəzərə alınaraq qeyd olunan mövzulara təlim proqramında xüsusi yer ayrılıb” – deyə, Akademiya rəisi bildirib.
Qeyd edək ki, son il yarım ərzində Azərbaycanın gömrük xidmətində həyata keçirilən intensiv islahatlar sırasında gömrük xidməti əməkdaşlarının peşəkarlığının yüksəldilməsinə xüsusilə diqqət yetirilmiş və bu məqsədlə Dövlət Gömrük Komitəsinin rəhbərliyi tərəfindən çox sayda sərəncam imzalanıb.

Tehsil-press.az

Oxşar xəbərlər