
Bu barədə “Röyters” İran məhkəmə hakimiyyətinin nümayəndəsi Qulamhüseyn Esmailə istinadən məlumat yayıb.
Həbs olunan İran hərbçilərinin sayı, eləcə də hadisə ilə bağlı digər təfərrüatlar verilmir.
Xatırladaq ki, yanvarın 8-də Ukraynanın “Boeing 737” təyyarəsinin Tehranın hava limanının yaxınlığında qəzaya düşməsi nəticəsində 167 sərnişin, 9 ekipaj üzvü həlak olub. Onlardan 82-si İran, 63-ü Kanada, 11-i Ukrayna, digərləri isə İsveç, Əfqanıstan, Almaniya və İngiltərə vətəndaşları olub.
Rəsmi Tehran təyyarənin səhvən İran hərbi qüvvələri tərəfindən vurulduğunu açıqlayıb.
Tehsil-press.az