Qazaxıstandakı təyyarə qəzasının yeni versiyası açıqlandı

Qazaxıstandakı təyyarə qəzasının yeni versiyası açıqlandı Qazaxıstanın Daxili İşlər Nazirliyinin istintaq qrupu dekabrın 27-də Almatı yaxınlığında “Bek Air” aviaşirkətinə məxsus “Fokker-100” təyyarəsinin qəzaya uğramasına dair yeni versiyanı nəzərdən keçirir. Bu barədə “Tengrinews.kz” informasiya portalı xəbər verib.
Qazaxıstanın Daxili İşlər naziri Yerlan Turqumbayevin sözlərinə görə, qəzaya səbəb naviqasiya xidmətlərinin işindəki səhvlər ola bilərdi. Daha əvvəlki versiyalar isə ekipaj səhvi və təyyarənin texniki nasazlığı idi. Bundan əlavə, əvvəlcə əlverişsiz hava şəraiti variantı irəli sürülsə də, onu rədd etmişdilər.
Xatırladaq ki, dekabrın 27-də Almatı-Nur-Sultan reysinin təyyarəsinin yerə düşməsi nəticəsində, rəsmi məlumatlara əsasən, 12 nəfər ölüb, 60 nəfərdən çox insan yaralanıb. Hava gəmisinin göyərtəsində ümumilikdə 93 sərnişin və 5 ekipaj üzvü olub. Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayevanın sözlərinə görə, təyyarə qəzası nəticəsində ölən və yaralananlar arasında azərbaycanlılar olmayıb.

Tehsil-press.az

Oxşar xəbərlər