
Bu fikirləri Tehsil-press.az-a açıqlamasında Diclə Universitetinin rektoru, professor Talip Gül ifadə edib.
Ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” fikrini xatırladan rektor deyib: “20 Yanvar hadisələri Azərbaycan xalqının milli-azadlıq mücadiləsinə qarşı törədilən amansız bir cinayətdir. Həmin gün baş verənlər həm unudulmaz bir faciə, həm də qəhrəmanlıq rəmzidir. Baş verənləri xatırlamaq və xatırlatmaq mənəvi borcumuzdur. Universitetimizdə azərbaycanlı tələbələr və qardaş ölkənin Qarsdakı Baş konsulluğu ilə birlikdə keçirdiyimiz bu tədbir Azərbaycanın kədərinə şərik olmağımızın nümunəsidir. Bütün şəhidlərimizin xatirəsini ehtiramla yad edirik”.
Tehsil-press.az