Avtobus aşdı: Ölən və yaralananlar var

Avtobus aşdı: Ölən və yaralananlar var Səhər saatlarında İranın İsfahan vilayətində Tehran-Şiraz avtobusu aşıb.
Bunu İranın İsfahan vilayətinin fövqəladə hallar və təcili yardım üzrə idarəsinin müdiri Qəfur Rastin deyib.
Q.Rastin bildirib ki, səhər saat 4:40-da qeydə alınan qəza nəticəsində 9 nəfər həlak olub.
Rastin qəzada 18 nəfər də yaralandığını bildirib və əlavə edib ki, xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.
Hadisəyə səbəbin sürücünün yuxulu olması göstərilir.

Tehsil-press.az

Oxşar xəbərlər