Çində koronovirusdan ölənlərin sayı 80 nəfərə çatıb

Çində koronovirusdan ölənlərin sayı 80 nəfərə çatıb Çində koronavirusun 2019-nCoV növündən ölənlərin sayı 80 nəfərə çatıb, yoluxanların sayı 2,4 min nəfəri ötüb.
Yoluxma hallarının çoxu mərkəzi (76) Hubei əyalətində qeyd olunur. Bunun ardınca Quandun (cənub) və Çşetzian (şərqdə) əyalətləri gəlir. Pekində 68 nəfərin, Rusiya ilə sərhəddə yerləşən Xeyluntzian vilayətində 16 nəfərin virusa yoluxması təsdiqlənib. Onlardan biri dünyasını dəyişib.
Çinin hakimiyyət orqanları koronavirusun yayılmasının qarşısını almaq üzrə tədbirlər çərçivəsində xarici qrup turist səfərlərinin yanvarın 27-dən dayandırılmasına qərar verib.

Tehsil-press.az

Oxşar xəbərlər