Azərbaycan Tbilisidə keçiriləcək təhsil yarmarkasına dəvət olunub

Azərbaycan Tbilisidə keçiriləcək təhsil yarmarkasına dəvət olunub Fevralın 28-29-da Tbilisidə ənənəvi Beynəlxalq təhsil yarmarkası keçiriləcək.
Sayca 10-cu olacaq bu yarmarkada tələbələrə və abituriyentlərə dünyanın nüfuzlu dövlət və özəl universitetlərində təhsilalma imkanları barədə məlumatlar təqdim olunacaq.
Azərbaycan da bu yarmarkaya dəvət olunub.
Təşkilatçılar hesab edirlər ki, Azərbaycanın bu yarmarkada iştirakı həm yerli, həm də xarici tələbələrə bu ölkənin təhsil imkanları, eləcə də turizm potensialı barədə məlumat əldə etmələrinə imkan yaradacaq.
Yarmarkada təkcə ali təhsil ocaqları deyil, həmçinin peşə ixtisasları, xarici dil kursları, yay məktəbləri, mübadilə proqramları barədə də məlumatlar veriləcək.

Tehsil-press.az

Oxşar xəbərlər