Qalmaqallı serial efirə qayıdır - Bu kanalda yayımlanacaq

Qalmaqallı serial efirə qayıdır - Bu kanalda yayımlanacaq "Şükür, "Səkkiz" qayıtdı. Yayımı bərpa olundu".

Bu sözləri aktyor Hikmət Rəhimov sosial media hesabında yazıb.

"Dövlət həm yaradıcı heyətə,həm tamaşaçıların maraq və istəklərinə müsbət cavab verdi. Buna görə həm öz adımdan, həm yaradıcı heyətə adından onlara təşəkkürümüzü bildiririk. Ədalətli qərar verən, Azərbaycan kino və serialının inkişafını dəstəkləyən hər kəsə sonsuz minnətdarıq. Qoyulan hər bir senzura qadağası incəsənətin inkişafına maneə olan amildir. Biz bütün qanunlara hörmətlə yanaşırıq.

Bu yolda mənə ilk gündən inanan və bu işi həyata keçirmək üçün şərait yaradan, hər bir halda məni dəstəkləyən prodüser İslam Ağaya təşəkkürümü bildirirəm. Şənbə günü yanvar ayının 24 saat 23:00 da "ARB"də "Səkkiz"in ikinci bölümü nümayiş olunacaq. Sonda hər şey üçün Allaha sonsuz təşəkkürlər".

Qeyd edək ki, “Səkkiz” serialı qeyri-etik ifadələrə görə “Park Cinema”da yayımdan çıxarılmışdı, ARB kanalına cərimə tətbiq olunmuşdu. Bundan əlavə, serialın ilk hissəsinə “YouTube” platformasında “3İCinema” kanalı üzərindən də məhdudiyyət qoyulmuşdu.

Tehsil-press.az

Oxşar xəbərlər