Belə sərt qış şəraiti təkcə nəqliyyatın hərəkətində deyil, eyni zamanda təhsil prosesinin normal gedişində də ciddi çətinliklər yaradır. Xüsusilə məktəblilər üçün bu cür hava şəraiti əlavə risklər doğurur və məsələ təbii olaraq məktəblərdə distant təhsilə keçidin mümkünlüyünü yenidən gündəmə gətirir.
Pandemiya dövründə artıq sınaqdan çıxmış onlayn təhsil modeli göstərdi ki, texniki imkanlar olduğu təqdirdə tədris prosesini fasiləsiz davam etdirmək mümkündür.
Məktəblərin ümumən distant təhsilə keçməsi mümkündürmü? Cəmiyyətimiz bu məsələyə necə yanaşır?
TV Musavat-ın əməkdaşları bu sualla Bakı sakinlərinə müraciət edib, onların rəyini öyrənib.
Hazırladığımız videosorğunu təqdim edirik:
Tehsil-press.az






