Noyabrda ardıcıl 3 gün İŞ OLMAYACAQ

Noyabrda ardıcıl 3 gün İŞ OLMAYACAQ Azərbaycanda 9 noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı günü ilə əlaqədar iş olmayacaq.
Həmin gün (noyabrın 9-u) şənbə gününə təsadüf etdiyindən noyabrın 11-i, həftənin bazar ertəsi də qeyri-iş günü hesab ediləcək.
Beləliklə, ardıcıl 3 gün - noyabrın 9-u, 10-u (bazar günü), 11-i iş olmayacaq.
Noyabrın 12-si (Konstitusiya Günü) isə iş günüdür.

Tehsil-press.az

Oxşar xəbərlər