ABŞ-da koronavirusa yoluxanların sayı artıb

ABŞ-da koronavirusa yoluxanların sayı artıb ABŞ-da yeni növ koronavirusa yoluxanların sayı artıb.
Bu barədə Viskonsin ştatının səhiyyə nazirliyindən bildiriblər.
Nazirliyin məlumatında deyilir: "Fevralın 5-i Viskonsində ilk 2019-nCoV halı təsdiq edilib".
Beləliklə, ABŞ-da yeni növ koronavirusa yoluxanların sayı 12 nəfərə çatıb.
Qeyd edək ki, Çində yeni növ koronavirusa 28018 insan yoluxub, yoluxanlardan 563 nəfər ölüb.
Ümumilikdə, koronavirus 21 ölkədə qeydə alınıb: Yaponiya, Tailand, ABŞ, Avstraliya, Sinqapur, Cənubi Koreya, Malayziya, Vyetnam, Fransa, Nepal, Kamboca, Almaniya, Şri Lanka, BƏƏ, Finlandiya, Hindistan, Filippin, İtaliya, Böyük Britaniya, Rusiya və Belçika.

Tehsil-press.az

Oxşar xəbərlər