Çindən kənarda koronavirusa yoluxanların sayı 151-ə çatıb

Çindən kənarda koronavirusa yoluxanların sayı 151-ə çatıb Çindən kənarda yeni növ koronavirusa yoluxanların sayı 151 nəfərə çatıb.
Yaponiyada - 20, Tailandda - 19, Sinqapurda - 18, Cənubi Koreyada 15, Avstraliyada - 12, ABŞ-da - 11 yoluxma halı qeydə alınıb.
Bundan əlavə, Almaniyada - 10, Malayziyada - 9, Vyetnamda - 7, Fransada - 6, BƏƏ-də - 5, Kanadada - 4, Rusiya, Böyük Britaniya, Hindistan və İtaliyada - 2 yoluxma halı baş verib.
Qeyd edək ki, Çində 17,2 mindən artıq insan 2019-nCoV koronavirusuna yoluxub. 2019-nCoV koronavirusundan ölənlərin sayı 361 nəfərə çatıb.
Çindən əlavə yoluxma halları Tailand, Yaponiya, Cənubi Koreya, ABŞ, Kanada, Vyetnam, Sinqapur, Nepal, Fransa, Avstraliya, Malayziya, Finlandiya, Rusiya və Almaniyada da qeydə alınıb.

Tehsil-press.az

Oxşar xəbərlər