Şərur şəhərində hazırlıq kursunun müdavimlərinə sertifikatlar təqdim edilib

Şərur şəhərində hazırlıq kursunun müdavimlərinə sertifikatlar təqdim edilib Dövlət İmtahan Mərkəzinin (DİM) Metodika və dərsliklərin monitorinqi şöbəsi tərəfindən Şərur şəhər Fizika Riyaziyyat Təmayüllü Liseydə riyaziyyat, fizika, kimya, biologiya, coğrafiya, tarix, Azərbaycan dili, ingilis, rus və fransız dilləri fənləri üzrə hazırlıq kursları keçirilib.
Fevralın 6-da Naxçıvan Muxtar Respublikası təhsil nazirinin müavini Ovni Muradov və mərkəzin Naxçıvan Regional Bölməsinin müdiri Sabir Məmmədovun iştirakı ilə Şərur Şəhər Fizika Riyaziyyat Təmayüllü Liseydə hazırlıq kurslarının müdavimlərinə sertifikatlar təqdim edilib. Hazırlıq kursunun müdavimlərinin şəxsi məlumatları DİM-in elektron “Məlumat bazası”na daxil edilib.
Riyaziyyat fənni üzrə Bakı Dövlət Universitetinin nəzdində “Gənc istedadlar” liseyinin müəllimi Aqşin Abdullayev, fizika fənni üzrə Bakı şəhəri 9 nömrəli tam orta məktəbin müəllimi Sona Hacılı, kimya, biologiya və coğrafiya fənləri üzrə DİM-in şöbə müdiri Afiqə Batıyeva, tarix, Azərbaycan dili, ingilis, fransız və rus dilləri fənləri üzrə DİM-in sektor müdiri Royal Qulusoy fənn kurikulumlarının strukturu, mahiyyəti, qiymətləndirilməsi mümkün olan altstandartlar, yeni qiymətləndirmə vasitələrinin hazırlanması, formaları, məzmunu, situasiya (mətn, mənbə) tapşırıqlarının və onların qiymətləndirmə meyarlarının hazırlanması, tədris prosesində onlardan istifadə və cavabları yazılı ifadə olunan tapşırıqların yoxlanılması ilə bağlı təqdimatlar ediblər.
Sertifikat almış müdavimlər DİM-lə əməkdaşlığa cəlb ediləcək.

Tehsil-press.az



Oxşar xəbərlər