BDU-nun əməkdaşlarına “Azərbaycan milli mətbuatının 150 illiyi” yubiley medalı təqdim olunub

BDU-nun əməkdaşlarına “Azərbaycan milli mətbuatının 150 illiyi” yubiley medalı təqdim olunub Bakı Dövlət Universitetinin (BDU) əməkdaşları “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunublar.

Təltifetmə mərasimində çıxış edən BDU-nun sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev 2025-ci ilin ölkəmiz üçün əlamətdar hadisələrlə yadda qaldığını qeyd edib. Bildirib ki, bu il ölkəmiz Qarabağda qazandığımız şanlı Zəfərin 5 illik yubileyini, “Konstitusiya və Suverenlik İli”ni qeyd edir, bununla yanaşı, milli mətbuatımızın 150 illik yubileyi də ölkə miqyasında yüksək səviyyədə qeyd olunub. Əliş Ağamirzəyev bildirib ki, BDU-nun Jurnalistika fakültəsi ölkədə peşəkar jurnalist kadrlarının hazırlanmasında mühüm rol oynayır, fakültənin məzunları medianın müxtəlif sahələrində uğurla çalışırlar: “Prezident İlham Əliyev tərəfindən “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” Azərbaycan Respublikasının yubiley medalının təsis olunması mətbuatımızın inkişafına, eləcə də jurnalistika sahəsində milli kadrları yetişdirən ali təhsil müəssisələrinə və mütəxəssislərə göstərilən diqqətin təzahürüdür. Sizə Azərbaycan mətbuatının inkişafında göstərdiyiniz xidmətlərə görə təşəkkür edir, uğurlar arzulayıram”.

Daha sonra BDU-nun müəllim və əməkdaşlarına medallar təqdim edilib.

Tehsil-press.az

Oxşar xəbərlər