Xəzər Universitetinin əməkdaşları “Wiley Online Library” elektron bazasından istifadə edəcəklər

Xəzər Universitetinin əməkdaşları “Wiley Online Library” elektron bazasından istifadə edəcəklər Xəzər Universitetinin Kitabxana-İnformasiya Mərkəzi fevralın 10-dan mayın 9-dək “Wiley Online Library” elektron bazasına giriş üçün sınaq müddəti alıb.
“Wiley Online Library” elektron jurnallara, kitablara, tam mətnli məqalələrə rahat giriş imkanı verən platformadır. İnternet resurslarının çoxsaylı kolleksiyası 1500 jurnalda 4 milyondan çox məqaləyə, 15 mindən çox onlayn kitaba, laboratoriya protokollarına və məlumat bazalarına giriş imkanı verir. Məlumat bazasının əhatə etdiyi sahələr kimya, kompüter elmləri, yer və ətraf mühit, təhsil, mühəndislik, həyat elmləri, riyaziyyat, fizika, astronomiya, psixologiya, sosial elmlər və digərləridir.
Bazaya universitetin IP-si ilə daxil olmaq mümkündür.

Tehsil-press.az

Oxşar xəbərlər