Azərbaycan Universitetinin “İpək Yolu” elmi jurnalının növbəti nömrəsi çapdan çıxıb

Azərbaycan Universitetinin “İpək Yolu” elmi jurnalının növbəti nömrəsi çapdan çıxıb Azərbaycan Universitetinin “İpək Yolu” elmi jurnalının 2019-cu il üçün dördüncü nömrəsi çapdan çıxıb.
Jurnalın bu nömrəsində iqtisad, filologiya, tarix və sosial elmlərə aid Azərbaycan, ingilis və rus dillərində məqalələr dərc olunub. Jurnalın “Əhməd bəy Ağaoğlu-150” bölməsində tarix üzrə fəlsəfə doktoru Salman İbişovun “Əhməd bəy Ağaoğlu: tarixi şəxsiyyət haqqında tarixi qeydlər” məqaləsi yer alıb.
“İpək Yolu” jurnalının yeni nömrəsini onlayn formada Azərbaycan Universitetinin saytından da oxumaq mümkündür. Müəlliflər təlimata uyğun hazırlanmış məqalələri [email protected] elektron ünvanına göndərə bilərlər.
Jurnal Ali Attestasiya Komissiyasının Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlər siyahısına daxildir.
Bundan başqa jurnal E-library – RSCI (Rusiya), “Academic Keys” (ABŞ), “ResearchBib - Academic Resource Index” (Yaponiya), “Scientific Indexing Services – SIS” (ABŞ), “Directory of Research Journals Indexing” (Hindistan), “Advanced Science Index – ASI” (Almaniya), Root Indexing - Journal Abstracting and Indexing Service (Hindistan), “Eurasian Scientific Journal Index – ESJI” (Rusiya), “Science Library Index” (Avstraliya), JI Factor (ABŞ) beynəlxalq indeksləmə bazalarına da daxil edilib.

Tehsil-press.az



Oxşar xəbərlər