ADPU-nun Quba filialında təlim: Tələbə bacarıqlarının artırılması məqsədilə ideyanın reallaşması

ADPU-nun Quba filialında təlim: Tələbə bacarıqlarının artırılması məqsədilə ideyanın reallaşması Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında “Tələbə bacarıqlarının artırılması məqsədilə ideyanın reallaşması” mövzusunda təlim keçirilib.
Tədbirdə filialın direktoru, dosent Yusif Alıyev layihə yazmaq üçün zəruri olan məqamları fərqli və asan formada gənclərə çatdıraraq onlarda təlimə maraq oyadıb, Azərbaycanda layihələrin növləri barədə ətraflı məlumat verib.
Təlimi filialın İnformasiya və kommunikasiya texnologiyaları mərkəzinin müdiri, Təbiət fənləri və onun tədrisi metodikası kafedrasının baş müəllimi Yusif Abayev aparıb. Bildirib ki, təlimin məqsədi maliyyə səbəbindən ideyasını reallaşdıra bilməyən tələbələri bir araya gətirmək, onların biliklərini artırmaq və malik olduqları bacarıqlarını nümayiş etdirmək üçün imkanlar yaratmaqdır. Bununla yanaşı, gənclərdə özünüidarəetmə və sərbəst qərarvermə bacarıqlarını aşılamaq, onları müvafiq dövlət proqramlarında iştirak etməyə həvəsləndirməkdir. Y.Abayev belə təlimlərin gənclərdə formalaşdırdığı bacarıqları nəzərə çatdırıb.
Təlimin sonunda mövzuya dair fikir mübadiləsi aparılıb.

Tehsil-press.az

Oxşar xəbərlər