ADPU-nun Quba Filialına yeni təyin olunan direktor kollektivə təqdim edilib

ADPU-nun Quba Filialına yeni təyin olunan direktor kollektivə təqdim edilib Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba Filialına yeni təyin olunmuş direktor, dosent Yusif İmrayıl oğlu Alıyev kollektivə təqdim edilib.
Təqdimatda ADPU-nun Tədris işləri üzrə prorektoru, dosent Eldar Aslanov, filialın sabiq direktoru, professor Əli Allahverdiyev və filialın professor-müəllim heyəti iştirak edib.
Qeyd edək ki, ADPU-nun Quba Filialının direktoru, professor Əli Allahverdiyev öz ərizəsi ilə işdən ayrılıb və universitetdə digər vəzifəyə təyin olunub. Təhsil nazirinin müvafiq əmri ilə filial direktoru vəzifəsinə dosent Yusif Alıyev təyin edilib. Dosent Yusif Alıyev bu təyinata qədər ADPU-nun Elm və innovasiyalar şöbəsinin müdiri olub.
Tədbiri giriş sözü ilə açan professor Əli Allahverdiyev son illər ADPU-nun Quba Filialında əldə olunmuş uğurlu nəticələrdən danışıb. Sonra professor Əli Allahverdiyev sözü ADPU-nun Tədris işləri üzrə prorektoru, dosent Eldar Aslanova verib. Dosent Eldar Aslanov ADPU-nun rektoru, professor Cəfər Cəfərovun və öz adından kollektivi salamlayıb, ADPU-nun Quba Filialının uğurlarına görə sabiq director, professor Əli Allahverdiyevə və kollektivə öz təşəkkürünü bildirib, ADPU-nun Quba Filialına yeni təyin olunan director, dosent Yusif Alıyevi kollektivə təqdim edib, onun haqqında məlumat verib.
Daha sonra professor Əli Allahverdiyev sözü dosent Yusif Alıyevə verib. Çıxış edən director, dosent Yusif Alıyev Təhsil naziri Ceyhun Bayramova və ADPU-nun rektoru, professor Cəfər Cəfərova ona göstərdikləri etimada görə təşəkkür edib və bu etimadı doğruldaraq təhsilimizə dövlət tərəfindən göstərilən diqqət və qayğını filialda da davam etdirəcəyini bildirib.
Daha sonra filialın Təbiət fənləri və onun tədrisi metodikası kafedrasının müdiri, dosent Güləddin Həmzəyev, Pedaqoji fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru Qələmşah İdrisov və digərləri çıxış edib, son illər filialda professor Əli Allahverdiyevin rəhbərliyi ilə görülən işlərdən danışıb, dosent Yusif Alıyevə direktorluq fəaliyyətində uğurlar arzu ediblər.

ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi


ADPU-nun Quba Filialına yeni təyin olunan direktor kollektivə təqdim edilib

Oxşar xəbərlər