“Gənc Kooperatorların IV Liderlik Məktəbi”nin açılış mərasimi keçirilib

“Gənc Kooperatorların IV Liderlik Məktəbi”nin açılış mərasimi keçirilib “Excelsior” Otelində Azərbaycan Kooperasiya Universitetinin və Nərimanov Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Gənc Kooperatorların IV Liderlik Məktəbi”nin açılış mərasimi və ilk təlimi keçirilib.
Açılış mərasimində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin Vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi sektorunun müdiri Əli Məmmədov, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi, Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Təşkilatının sədr müavini Nəcəf Novruzov, Azərbaycan Kooperasiya Universitetinin Beynəlxalq əlaqələr və təlim-tərbiyə işləri üzrə prorektoru Aygün Quliyeva, Universitetin Mətbuat və İctimai İşlər Xidmətinin rəhbəri Tamerlan Əkbərov, “İnsan mühəndisliyi” proqramının rəhbəri Rövşən Nəcəfov, Nərimanov Rayon Bələdiyyəsinin sədr müavini Vüsal Cəfərli, İslahat.az saytının redaktoru Rəşad Bayramov, Qərbi Kaspi Universitetinin Tələbə Birliyinin sədri Fuad Heydərli, Azərbaycan Dövlət Pedaqoji Universitetin tələbəsi, rayonun fəal gənci Nurlan Hüseynov, bir çox təlimçilər və fəal gənclər iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Kooperasiya Universitetinin Beynəlxalq əlaqələr və təlim-tərbiyə işləri üzrə prorektoru Aygün Quliyeva qonaqları və tədbir iştirakçılarını salamlayaraq layihənin məqsədi haqqında geniş məlumat verdi. O, qeyd etdi ki, 2 gün ərzində keçiriləcək Gənc Kooperatorların IV Liderlik məktəbində müəyyən təlimçilərin iştirakı ilə gənclər arasında təbliğat işlərinin aparılması, liderlik duyğularının üzə çıxarılması nəzərdə tutulub.
Sonra çıxış edən Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin Vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi sektorunun müdiri Əli Məmmədov, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi, Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Təşkilatının sədr müavini Nəcəf Novruzov, Azərbaycan Kooperasiya Universitetinin Mətbuat və İctimai İşlər Xidmətinin rəhbəri Tamerlan Əkbərov vurğuladılar ki, hazırda ölkədə əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün də Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən Dövlət Gənclər Siyasəti mövcuddur ki, bu da gənc liderlərin yetişdirilməsi üçün maksimum münbit şəraitdir. Yaradılmış şəraitin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri sözün həqiqi mənasında, özlərini yüksək intellektual səviyyədə inkişaf etdirə bilirlər.
Daha sonra “İnsan mühəndisliyi” proqramının rəhbəri Rövşən Nəcəfov, Nərimanov Rayon Bələdiyyəsinin sədr müavini Vüsal Cəfərli, İslahat.az saytının redaktoru Rəşad Bayramov, Qərbi Kaspi Universitetinin Tələbə Birliyinin sədri Fuad Heydərli, Azərbaycan Dövlət Pedaqoji Universitetin tələbəsi, rayonun fəal gənci Nurlan Hüseynov və digər çıxışçılar qeyd etdilər ki, insanlıq tarixində liderliyin çox böyük rolu vardır. Güclü lideri olan millətlər və dövlətlər yüksək inkişaf yolu keçmiş və tarixi uğurlar əldə etmişlər. Lakin liderlik keyfiyyətləri təkcə dövlət başçıları, siyasi xadimlər üçün yox, hər bir şəxsiyyət üçün vacibdir. Hər kəs işlədiyi yerdən asılı olmayaraq, liderlik keyfiyyətlərinə malik olmalı və bunun üçün öz üzərində daim çalışmalıdır. Hər bir müəssisənin, kollektivin, təşkilatın uğuru ona rəhbərlik edən şəxsin liderlik bacarığından çox asılıdır. “Gənc Kooperatoların IV Liderlik Məktəbi” çərçivəsində də məhz liderlik bacarıqlarının gənclər arasında təsbit olunması nəzərdə tutulmuşdur.
Sonda ekspertlər tərəfindən gəncləri maraqladıran suallar cavablandırıldı və xatirə şəkili çəkildi.

Tehsil-press.az


“Gənc Kooperatorların IV Liderlik Məktəbi”nin açılış mərasimi keçirilib

“Gənc Kooperatorların IV Liderlik Məktəbi”nin açılış mərasimi keçirilib

“Gənc Kooperatorların IV Liderlik Məktəbi”nin açılış mərasimi keçirilib

Oxşar xəbərlər