Daha bir ölkədə koronavirusa ilk yoluxma faktı

Daha bir ölkədə koronavirusa ilk yoluxma faktı Sloveniyada koronavirusa ilk yoluxma faktı qeydə alınıb. Bu barədə ölkənin Səhiyyə Nazirliyi Tvitterdə məlumat yayıb.
“Bu gün saat 20:44-də (Bakı vaxtı ilə 23:44-də-red.) biz koronavirusa ilk yoluxma faktı barədə məlumatlandırıldıq. Pasiyent İtaliyadan keçərək Mərakeşdən qayıdıb, hazırda o, Lyublyanda infeksion klinikaya yerləşdirilib”, - qurum Tvitterdə yazıb.
Xəstənin Sloveniyadakı bütün mümkün kontaktları yoxlanılır.

Tehsil-press.az

Oxşar xəbərlər