Bakıda qanunsuz maska satan şəxs saxlanıldı

Bakıda qanunsuz maska satan şəxs saxlanıldı Bakıda qanunsuz tibbi maska satan şəxs yaxalanıb.
Hadisə paytaxtın Yasamal rayonu ərazisində baş verib. Yasamal rayon Polis İdarəsinin 28-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində paytaxt sakini, 1990-cı il təvəllüdlü Z. Yarməmmədov saxlanılıb. Onun idarə etdiyi "VAZ 2106" markalı avtomobilə baxış keçirilərkən oradan 1000 (min) ədəd tibbi nəfəs maskası aşkar edilərək götürülüb.
Z. Yarməməmmədov izahatında bildirib ki, həmin maskaları Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisindəki "Sədərək" Ticarət Mərkəzindəki əvvəllər tanıdığı şəxsdən alıb.
Faktla bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Tehsil-press.az

Oxşar xəbərlər