
Məsələn, çiy kartof şirəsi bağırsağın işini normallaşdırır. Onu acqarına gündə yarım stəkan içirlər. Lakin özünümüalicəyə başlamazdan əvvəl həkimlə məsləhətləşmək zəruridir. Əks halda, zərərsiz kartof sizinlə qəddar zarafat edə bilər.
Üz üçün kartof maskalarını mütəxəssis məsləhəti olmadan da etmək olar. Duru sıyıq halında üzə çəkilən çiy kartof onu nəmləndirməyə və toksinləri çıxarmağa kömək edir. Bundan əlavə, çiy kartof şirəsi ilə yanıqları müalicə etmək olar.
Antioksidantlarla zəngin bu tərəvəz dərinin cavan qalmasına da təsir göstərir.
Tehsil-press.az