İtaliyadan gətirilən tələbələr Bakıda

İtaliyadan gətirilən tələbələr Bakıda Xəbər verdiyimiz kimi, İtaliyada yaranan epidemoloji vəziyyətlə əlaqədar orada təhsil alan azərbaycanlı tələbələr çarter reysi ilə Bakıya gətirilib.
Xüsusi geyimlə təchiz olunan tələbələr artıq Bakıya çatıblar. Uçuş haqda danışan tələbələr əvvəlcə Venesiyaya, ordan isə Romadan Bakıya yollandıqlarını deyiblər. Bəzi tələbələr koronavirus təhlükəsi səngiyəndən sonra təhsillərini davam etdirmək üçün yenidən İtaliyaya dönəcəklərini bildiriblər.

Tehsil-press.az

Oxşar xəbərlər