İtaliyada Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik kampaniyası təşkil edilib

İtaliyada Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik kampaniyası təşkil edilib Azərbaycanın İtaliyadakı səfirliyi Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə bu ölkədə təhsil alan tələbələrimiz arasında təbrik kampaniyası təşkil edib.
Dekabrın 26-dan başlayaraq səfirliyin sosial şəbəkələrində İtaliyanın Roma, Piza, Padova, Turin, Maçerata, Parma, Milan, Kamerino və Venesiya şəhərlərində təhsil alan tələbələrin “#İtaliyadanTəbrikim” həştəqi altında təbrik videoçarxları yayımlanıb.
Azərbaycanlı tələbələr və səfirliyin sosial kanallarının izləyiciləri arasında böyük marağa səbəb olan bu kampaniya dekabrın 31-də Romadan təbrik videoçarxı ilə yekunlaşıb.

Asiman Əsədov



Oxşar xəbərlər