Səfər çərçivəsində tələbələr Quba Soyqırımı Memorial Kompleksi ilə də tanış olublar. Burada azərbaycanlılara qarşı etnik soyqırımı, erməni terrorizmi, həmçinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı onlara geniş məlumatlar verilib.
Tələbələr multikulturalizm ölkəsi hesab edilən Azərbaycana qarşı törədilən bəşəri cinayətlərin dünya ictimaiyyətinə çatdırılması üçün səylərini birləşdirəcəklərini, öz həmyerlilərinə bununla bağlı məlumat verəcəklərini bildiriblər.
Mətbuat və informasiya şöbəsi