Niderlandın Səhiyyə naziri koronavirus müzakirəsində huşunu itirdi

Niderlandın Səhiyyə naziri koronavirus müzakirəsində huşunu itirdi Niderlandın Səhiyyə naziri Bruno Bröyns ölkə parlamentində koronavirusla mübarizə problemlərinin müzakirəsi zamanı huşunu itirib.
Hadisə deputatlardan birinin ona sual ünvanladığı vaxt yaşanıb. Məmur tez bir zamanda özünə gəlib və qanunverici orqanın zalını tərk edib.
Bir qədər sonra Bröyns insidentdən sonra ona dəstək olanlara Tvitter vasitəsilə təşəkkürünü bildirib. Nazirin sözlərinə görə, o, ağır həftələrdən sonra yorulması səbəbindən huşunu itirib.
“Mən indi sabah yenidən işə qayıtmaq və koronavirusla var gücümlə mübarizə aparmaq üçün evə istirahət etməyə gedirəm”, - Bröyns yazıb.

Tehsil-press.az

Oxşar xəbərlər