Təhsil işçilərinin aylıq vəzifə maaşları 10 faiz artırılıb - Nazir

Təhsil işçilərinin aylıq vəzifə maaşları 10 faiz artırılıb - Nazir Cari ildə beşinci sosial islahat zərfi çərçivəsində yanvarın birindən etibarən minimum əməkhaqqı 16% artırılaraq 400 manata, fevralın birindən isə minimum pensiya 14,7% artırılaraq 320 manata çatdırılıb.

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Milli Məclisdə Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun 2026-cı il büdcəsi haqqında qanun layihəsinin müzakirəsi zamanı bildirib.

"Həmçinin, iyulun birindən etibarən sosial müavinətlərin, Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin və uşaqlara görə təqaüdlərin, sentyabrın birindən isə həm əməkhaqqına, həm təqaüdlərə olan əlavənin məbləğləri artırılıb. Eyni zamanda, yanvarın birindən etibarən təhsil işçilərinin aylıq vəzifə maaşları orta hesabla 10% artırılıb. Ümumilikdə, beşinci sosial islahat zərfi 1,9 milyon vətəndaşı əhatə etməklə illik əlavə maliyyə yükü 885 milyon manat, əmək pensiyalarının ilin əvvəlində 8,1% indeksasiyası ilə birlikdə isə illik əlavə maliyyə yükü 1 milyard 400 milyon manat təşkil edib", - deyə nazir qeyd edib.

Tehsil-press.az

Oxşar xəbərlər