Naxçıvanda payızlıq əkin mövsümü davam edir

Naxçıvanda payızlıq əkin mövsümü davam edir Hazıradək 11 min hektardan artıq sahədə şum, 8 min hektara yaxın ərazidə isə səpin aparılıb.

Əkin prosesinin effektivliyini artırmaq məqsədilə bölgələrə 1000-dən artıq kənd təsərrüfatı texnikası – traktorlar, səpin aqreqatları və torpaq yumşaldıcıları cəlb edilib. Bununla yanaşı, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təşkil olunan səyyar aqronom xidməti də fəaliyyətini davam etdirir. Mütəxəssislər fermerlərə toxum seçimi, səpin norması, torpaq hazırlığı və suvarma ilə bağlı praktiki məsləhətlər verirlər.

Bu barədə Nazirliyin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri Məhəmməd Zeynalov məlumat verib. O bildirib ki, əkin və suvarma prosesləri üzrə bütün rayonlarda gündəlik monitorinqlər aparılır.

“Fermerlərlə mütəmadi iş aparılır və sahələrdə vəziyyətin operativ qiymətləndirilməsi davam etdirilir. Cari mövsümdə yağıntıların əvvəlki illərlə müqayisədə az olması suvarma prosesinə müəyyən təsir göstərir. Mövcud resurslardan səmərəli istifadə olunması və fermerlərin ehtiyaclarının vaxtında qarşılanması məqsədilə zəruri tədbirlər görülür,” – deyə nazirlik rəsmisi əlavə edib.

Tehsil-press.az

Oxşar xəbərlər