"Whatsapp"dakı bu "fırıldağı" çox adam bilmir

"Whatsapp"da mesajları tam gizlətmək mümkündür.

Coxları "Whatsapp"da mesajları gizlətmək üçün arxivləsə də, mesajları tamamilə görünməz etmək olur.

iPhone-larda kilidlənmiş mesajlara xüsusi kod qoymaqla onları tam gizlətmək imkanı yaranır.

"Whatsapp" çatlarını kodla gizlətmək qaydası:

Birinci mərhələ Chat Lock aktivləşdirmək

Whatsapp-ı açın
Gizlətmək istədiyiniz söhbətə daxil olun
Yuxarıda olan adın üzərinə toxunun
"Chat Lock" bölməsini seçin
Telefonunuzun ekran parolu və ya barmaq izini təsdiqləyin
Bloklama açıldıqdan sonra həmin söhbət siyahıdan gizlənir
İkinci mərhələ Gizli söhbətləri açmaq
Whatsapp əsas ekranında barmağı yuxarıdan aşağı çəkin
"Locked chats" bölməsi açılacaq
Giriş üçün telefonunuzun parolu və ya barmaq izi tələb olunacaq
Kod təsdiqlənəndən sonra gizlədilmiş mesajlar görünəcək
Üçüncü mərhələ Xüsusi kodla gizlətmək (Whatsapp-ın yeni funksiyası)
Whatsapp bəzi ölkələrdə gizli söhbətlər üçün ayrıca kod təyin etməyə imkan verir.

Tənzimləmələr bölməsinə keçin
"Privacy" hissəsini açın
"Chat Lock" bölməsinə toxunun
"Secret code" seçin
Öz kodunuzu yazın
Bu kodu yazmadan gizli söhbətlər heç bir yerdə görünmür.

Qeyd edək ki, bu qaydalar rəsmi Whatsapp funksiyalarıdır və təhlükəsizlik üçündür.

Tehsil-press.az

Oxşar xəbərlər