Koronavirus bu ölkədə 1800-ə yaxın can alıb

Koronavirus bu ölkədə 1800-ə yaxın can alıb İspaniyada COVİD-19 virusuna yoluxanların sayında sürətli artım müşahidə olunur.
Ümumdünya Səhiyyə Təşkilatının son statistikasına əsasən, ölkə üzrə koronavirusa yeni yoluxanların sayı 3 mini keçib.
Ümumilikdə isə İspaniyada 28,572 nəfər epidemiyaya yoluxub. Onlardan 1,753-ü ölüb, 25 minə yaxını isə aktiv koronavirus xəstəsidir.
Qeyd edək ki, epidemiya 188 ölkədə yayılıb. Statistikaya əsasən, ən çox yoluxma faktı Çin, İtaliya və İspaniyada qeydə alınıb.

Tehsil-press.az


Oxşar xəbərlər